İran

“Fitch Ratings”: ABŞ-ın İrana qarşı sanksiyaları neft tədarükünə təsir göstərəcək

ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları neft tədarükünə təsir göstərəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyi məlumat yayıb. Bildirilir ki, İrana qarşı sanksiyaların yenidən tətbiq olunması neft tədarükündəki balansa təsir edəcək. Sanksiyalar nəticəsində, İranın neft ixracında davamlı itki meydana gələcək və bu, 2018-2019-cu illərdə qlobal tələb-təklif balansının pozulmasına səbəb olacaq.

“Fitch Ratings”in məlumatına görə, neft bazarındakı vəziyyət mövcud proqnozlara əsasən qiymət üzərində yuxarı istiqamətdə təzyiq yaradacaq.