Azərbaycan

Cari ildə neft sektorunda 10,4 milyard manatlıq məhsul istehsal olunub

2018-ci ilin yanvar-aprel aylarında neft sektoruna 1 milyard 878,5 milyon manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, dörd ayda neft sektorunda 10 milyard 368,1 milyon manat dəyərində məhsul istehsal olunub. Sənayenin neft sektorunda istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz azalıb. İqtisadiyyatın neft sektorunda istehsal olunmuş əlavə dəyər isə 0,1 faiz azalıb. Sənaye məhsulunun 73 faizi mədənçıxarma sektorunda istehsal olunub.

Cari il aprelin 1-nə olan məlumata görə, iqtisadiyyatın neft sektorunda 33,6 min nəfər çalışıb. Neft sektorunda nominal əməkhaqqı 3 min 244,9 manat təşkil edib.