Norveçin aprel ayı üzrə xam neft hasilatı proqnozdan aşağıdır.
AZƏRTAC Norveç Neft Direktorluğuna (NPD) istinadla xəbər verir ki, apreldə ölkədə neft hasilatı mart ayı ilə müqayisədə gündəlik 34 min barrel azalıb. Ötən ay Norveçin gündəlik neft istehsalı isə NPD-nin aylıq proqnozundan 3 faiz az olub.
Apreldə ölkədə təbii qaz satışları martla müqayisədə 1 milyard kubmetr azalaraq 10,1 milyard kubmetr təşkil edib.
Skandinaviya ölkəsinin gündəlik neft, təbii qaz və kondensat istehsalı isə keçən ay təxminən 1,87 milyard barrel olub.