Azərbaycan

Abşeron yarımadasının dayazsulu hissəsində kəşfiyyat quyularının qazılması üçün planlaşdırma işləri görülür

Abşeron yarımadasının dayazsulu hissəsində 3 perspektiv ərazidə kəşfiyyat quyularının qazılması üçün planlaşdırma işləri görülür.

Bu barədə AZƏRTAC-a “BP Azerbaijan” şirkətindən məlumat verilib. Bildirilib ki, Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisindən əldə edilmiş 3 ölçülü məlumatların interpretasiyası və emalı 2017-ci ilin sonunda yekunlaşıb.

SOCAR-la Perspektivlik haqqında Bildiriş imzalanmaqla BP-nin Abşeron yarımadasının dayazsulu hissəsində 3 perspektiv ərazidə kəşfiyyat quyuları qazmaq öhdəliyi müəyyən edilib. Seçilmiş perspektiv ərazilərdə kəşfiyyat quyularının qazılması üçün planlaşdırma işləri davam edir.

“Şəfəq-Asiman” üzrə ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri də davam etməkdədir.