logo

BP 20 il ərzində ABŞ-dan ildə 2 mln ton maye qaz alacaq

ABŞ-ın “Venture Global Calcasieu Pass” şirkəti ilə Böyük Britaniyanın BP şirkəti arasında maye qazın tədarükü ilə bağlı saziş imzalanıb.

Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, saziş amerikalıların BP-yə 20 il ərzində ildə 2 mln. ton maye qaz satmasını nəzərdə tutur.

Sazişə əsasən, BP maye qazı “Venture Global Calcasieu Pass”dan FOB (Free on Board) şərtləri əsasında alacaq. Qaz 2022-ci ildə istismara veriləcək qaz terminalından yüklənəcəq.

Xatırladaq ki, ABŞ şirkəti bundan əvvəl maye qazın satışı ilə bağlı Böyük Britaniya – Niderland müəssisəsi – “Shell”, İtaliyanın “Edison S.p.A” və Portuqaliyanın “Galp” şirkətləri ilə 6 saziş imzalayıb.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart