Maraqlı Xəbərlər

2040-cı ilədək dənizlərdə təbii qaz hasilatı 700 mlrd. m3 artacaq

2040-cı ilə qədər dənizlərdə təbii qaz hasilatı 700 milyard kubmetr artacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında deyilir.

Bildirilir ki, 2000-ci ildən etibarən dənizlərdə neft hasilatı stabil qalıb, təbii qaz istehsalı isə 50 faizdən çox artıb.

IEA 2025-ci ilədək dənizdəki karbohidrogen ehtiyatlarına sərmayələrin artmasını gözləyir. Dayaz və dərin sulardan təbii qaz istehsalı 2040-ci ilə qədər bərabər olaraq 700 milyard kubmetr artacaq. Bunun ümumi çəkidəki payının 30 faizə çatması gözlənilir. Burada ən böyük artımın Yaxın Şərq və Afrikada olacağı gözlənilir.

“Dənizdəki külək turbinlərinin sayı sürətlə artır. Lakin hazırda onun dünya enerji istehsalındakı payı 0,2 faizdir. 2040-cı ilə qədər ofşor külək turbinlərinin qurulması 10 dəfə artacaq. 2040-cı ilədək dənizlərdə elektrik enerjisi istehsalı sürətlə artacaq və o, 4 faiz paya sahib olacaq”, – deyə IEA qeyd edib.