logo

TANAP-ın illik gücünün 31 mlrd. m3-dək artırılması üçün 5 kompressor stansiyası tikilməlidir

Views: 325

Trans-Anadolu qaz kəmərinin (TANAP) illik gücünün 31 mlrd. kubmetrədək artırılması əlavə 5 kompressor stansiyasının tikintisini zəruri edəcək.

Bunu azərbaycanlı jurnalistlərə konsorsiumun baş direktoru Saltuk Düzyol deyib.

«TANAP qaz kəmərinin layihəsi ilik ötürmə qabiliyyəti 31 mlrd. kubmetr olmaqla hazırlanıb. Hazırda kəmər illik ötümə qabiliyyəti 16 mlrd. kubmetr olmaqla inşa olunur. TANAP-ın gücünün ildə 31 mlrd. kubmetrədək artırılması üçün müvafiq investisiya qərarı qəbul olunmalı və əlavə 5 kompressor stansiyası tikilməlidir. Bununla da stansiyaların sayı 7-yə çatacaq», – deyə o qeyd edib.

Baş direktor xatırladıb ki, boru kəmərinin gücü 2023-cü ildə 24 mlrd. kubmetrədək, 2026-cı ildə isə 31 mlrd. kubmetrədək artırıla bilər.

«Hazırda qaz kəmərinin tikintisi çərçivəsində 4 qazölçmə stansiyası və iki kompressor stansiyası inşa edilib. Bu işlər “Tekfen” şirkəti tərəfindən $450 mln.-luq müqavilə çərçivəsində həyata keçirilir. Biz iki kompressor stansiyasının tikintisinə $80 mln. ödəmişik», – deyə S.Düzyol bildirib.

Interfax.az

 

Comments: 0

0

Your Cart