SOCAR və “Rosneft” birgə perspektiv layihələrin müzakirəsini davam etdirir. Bu barədə jurnalistlərə “SOCAR RUS” MMC-nin baş direktoru Fərid Cəfərov məlumat verib.
“Hazırda biz “Rosneft”lə danışıqlar aparırıq. “Rosneft” Azərbaycanda bir sıra perspektiv layihələri nəzərdən keçirir, biz isə Rusiya Federasiyasında müəyyən neft-qaz layihələrini öyrənirik. Hələ ki, bundan artıq heç nə deyə bilmərəm”, – deyə o bildirib.
Baş direktor, həmçinin deyib ki, “Qazprombank” ofisi Sürixdə yerləşən “SOCAR Trading”i kreditləşdirir.
SOCAR-ın İctimaiyyətlə Əlaqələr Departamentinin müdir müavini İbrahim Əhmədov isə qeyd edib: “”SOCAR Trading” artıq 10 ilə yaxındır ki, fəaliyyət göstərir. Biz ilk olaraq ondan başlamışıq ki, “Azeri Light” markalı neftimizi beynəlxalq bazarda müstəqil brend kimi təqdim etmişik. Bunun sayəsində ilk 5 il ərzində gəlirimizi $1,7-1,8 mlrd. artırmışıq”.