logo

SOCAR Bolqarıstanın qazpaylayıcı şəbəkəsinə sərmayə qoymağa maraq göstərir

Views: 41

SOCAR Bolqarıstanın qazpaylayıcı şəbəkəsinin inkişafına investisiya qoymaq niyyətini təsdiq edib. 

“SOCAR Balkan”ın icraçı direktoru Bolqarıstanın energetika naziri Temenujka Petkova ilə görüşübReport”un Şərqi Avropa bürosu xəbər verir ki, bu fikirlər “SOCAR Balkan” törəmə şirkətinin icraçı direktoru, SOCAR prezidentinin müşaviri Murad Heydərovla Bolqarıstanın energetika naziri Temenujka Petkova arasında Sofiyada keçirilən görüşdə səsləndirilib.

Görüşdə həmçinin qazpaylayıcı şəbəkənin lisenziyalaşdırılması, bu istiqamətdə normativ-hüquqi aktlar və eləcə də digər texniki məsələlər ətrafında müzakirələr aparılıb. Nazirliyin mütəxəssisləri tərəfindən “SOCAR Balkan” şirkətinin nümayəndələrini maraqlandıran suallar ətraflı cavablandırılıb.

Energetika naziri Yunanıstan-Bolqarıstan interkonnektorunun (Interconnector Greece-Bulgaria (IGB) icrası istiqamətində görülən işlər barədə məlumat verib. Onun sözlərinə görə, layihə üçün dövlət satınalmaları vaxtında yerinə yetirilir: “Boru tədarükündə iştirak üçün 10 şirkət müraciət edib və podratçı seçiləcək. Layihənin icrası üçün səylə çalışırıq və interkonnektoru 2020-ci ilin sonunadək istismara vermək niyyətindəyik. Layihə hökümət proqramına daxil edilib və milli əhəmiyyətli layihə statusuna malikdir”.

Öz növbəsində, SOCAR prezidentinin müşaviri Bolqarıstan tərəfinə Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin tikintisi barədə məlumat verib. O bildirib ki, işlər nəzərdə tutulan qrafikə uyğun davam etdirilir.

“Ümid edirik ki, 2020-ci ildə Yunanıstan-Bolqarıstan qaz interkonnektoru istismara verildikdən sonra Azərbaycan qazı Avropaya nəql olunacaq”, – M.Heydərov vurğulayıb.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart