Dünyanın ən böyük enerji şirkətlərindən biri olan “Royal Dutch Shell”in cari ilin ilk rübündəki xalis mənfəəti 5,32 milyard dollar təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Shell” məlumat yayıb. Şirkətin birinci rübdəki xalis mənfəəti analitiklərin proqnozunda 2,3 faiz çox olub. Analitiklər şirkətin mənfəətinin 5,20 milyard dollar olacağını nəzərdə tuturdu.
“Shell”in hər səhm üçün qazancı isə bu ilin birinci rübündə 63-64 sentdən çox olub.