Rusiya

Rusiya “Şimal qütbü” platformasının inşasına 7 mlrd. rubl ayıracaq

Rusiya hökuməti buzadavamlı, özü hərəkət edən “Şimal qütbü” platformasının tikintisinə, təqribən, 7 mlrd. rubl ayıracaq.

Report” RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin sənədində qeyd olunub.

Platformanın 2020-ci ildə istismara verilməsi gözlənilir: “Sənədə əsasən, 2018-2020-ci illərdə platformanın layihələndirilməsi və inşasına 6 966,6 mln. rubl yönəldiləcək”.

Qeyd edilib ki, platformanın inşası həm də Rusiyanın Arktikada möhkəmlənməsini təmin edəcək.