Apreldə dünya bazarında neftin qiyməti 80 dollar/barelə çata bilər.
“Report” “RİA-Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak neftin qiymətinin bu həddə çata biləcəyi ehtimalı ilə bağlı suala cavabında bildirib.
“Hər şey ola bilər. İstisna etmirəm. Qiymətə həm də geosiyasi faktorlar da təsir edə bilər”, – nazir qeyd edib.