logo

Neft Fondu indiyədək “Azəri-Çıraq-Günəşli” layihəsindən $130,5 mlrd. qazanıb

Views: 82

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il aprelin 1-dək “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 130 milyard 551 milyon ABŞ dolları gəlir əldə edib.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən bildirilib. Bu ilin yanvar-mart aylarında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 2 milyard 65 milyon dollar vəsait daxil olub.

Xatırladaq ki, bu il yanvarın 29-da Neft Fonduna “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” SOCAR ilə xarici hasilat şirkətləri arasında imzalanmış yeni sazişə uyğun olaraq 450 milyon ABŞ dolları həcmində ilk bonus ödənişi həyata keçirilib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart