logo

İranın neft naziri: Neftin artan qiyməti orta müddətdə bazarda dəyişkənliyə səbəb olacaq

Views: 39

Neftin artan qiyməti orta müddətdə bazarda dəyişkənliyə səbəb olacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın neft naziri Bijən Namidar Zəncənə deyib.

Nazir qeyd edib ki, neftin artan qiyməti orta müddətdə bazarda dəyişkənliyə səbəb olacağı üçün bu, Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) zərər verə bilər.

Bijən Namidar Zəncənə neftin qiymətinin belə yüksək olması ilə əlaqədar olaraq OPEC və bəzi qeyri-OPEC ölkələrinin bu ilin sonunda sona çatması nəzərdə tutulan neft hasilatının azaldılmasına dair sazişin müddətinin uzadılmasına ehtiyacın qalmayacağını düşünmədiklərini söyləyib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart