H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsi $2,2 mlrd. səviyyəsində qiymətləndirilir. Bu barədə SOCAR-ın stateji inkişaf üzrə vitse-prezidenti Teymur Əliyev məlumat verib.
Öncə zavodun yenidənqurulması $1,5 mlrd. həcmində qiymətləndirilib.
“BNEZ-in modernləşdirilməsi layihəsi $2,2 mlrd. səviyyəsində qiymətləndirilir. Layihə bütövlükdə Dövlət Neft Fondunun (ARDNF) vəsaiti hesabına maliyyələşdirilir”, – T.Əliyev bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, layihənin ümumi dəyərinə köhnə qurğuların quraşdırılması təsir göstərir. “Podratçılardan heç biri köhnə qurğuların yenidənqurulması üzrə işlərin qeyd olunan qiymətlə həyata keçirilməsinə dair müqavilələrin imzalanması riskini öz üzərinə götürmür, çünki nəzərdə tutulmayan xərclər meydana gələ bilər”, – T.Əliyev vurğulayıb.
O əlavə edib ki, SOCAR xərcləri azaltmağa çalışır.