Azərbaycan

“Azeri Light” neftinin qiyməti $75-a yaxınlaşıb

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,90 dollar bahalaşaraq 74,48 dollar olub.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,05 dollar bahalaşaraq 72,11 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,20 dollar artaraq 67,02 dollar təşkil edib.