logo

Azərbaycandan Türkiyəyə qaz nəqli artıb

Views: 47

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycandan Türkiyəyə 1 130,76 mln. kubmetr həcmində qaz nəql olunub.

Report” bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumuna (EPDK) istinadən xəbər verir. Bu ilin iki ayında Azərbaycan qazının Türkiyəyə nəqli ötən ilin müvafiq dövründən 3% çox olub.

Bu həcmin 594,15 mln. kubmetri yanvar ayında, 536,61 mln. kubmetri isə fevral ayında ixrac edilib.

Yanvar ayında Türkiyənin Azərbaycandan qaz idxalı illik müqayisədə 0,64%, fevral ayında isə 6,02% artıb. Yanvarda Türkiyənin ümumilikdə qaz idxalında Azərbaycan qazının payı 9,56%, fevral ayında 9,93% təşkil edib.

Qeyd edək ki, 2001-ci ilin martında Azərbaycanla Türkiyə arasında imzalanan qaz alqı-satqısına dair sazişə əsasən, “Şahdəniz” yatağının “Mərhələ-1” layihəsi çərçivəsində hasil olunan qazın 6,6 mlrd. kubmetri bu ölkəyə ixrac edilir. Azərbaycandan Türkiyəyə qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz boru kəməri ilə nəql olunur. Azərbaycan qazı “Mərhələ-1” layihəsi çərçivəsində Türkiyə bazarına 2007-ci ilin iyulunda daxil olub.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart