logo

Yanvarda Bakıda 3,3 mln ton neft və 1,6 mlrd m3 təbii qaz çıxarılıb

Views: 56

Cari il yanvar ayında Bakıda 3 milyon 315,6 min ton neft (qaz kondensatı daxil olmaqla) və 1 milyard 571,3 milyon kubmetr əmtəəlik təbii qaz hasil olunub.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, hesabat ayında paytaxtın mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 2,9 milyard manat olmaqla əvvəlki ilin yanvar ayına nisbətən 0,3 faiz artıb.

Ay ərzində sahənin əsas məhsulu olan xam neftin hasilatı 3,3 milyon ton, əmtəəlik təbii qazın hasilatı isə 1,6 milyard kubmetr təşkil edib.

Əvvəlki ilin yanvar ayı ilə müqayisədə neft hasilatı 0,2 faiz, əmtəəlik qaz hasilatı isə 5,9 faiz azalıb.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart