Azərbaycan

Yanvar-fevral aylarında “Şahdəniz” yatağından hasil edilən qazın ixracı 3% artıb

2018-ci ilin yanvar-fevral aylarında “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində 7 mlrd. 1,334 mlrd. kubmetr Azərbaycan qazı ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 3% çoxdur.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. “Qeyd olunan dövrdə Azərbaycanın magistral qaz kəmərləri ilə nəql edilən qazın 29,6%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb”, – məlumatda bildirilir.

Ümumilikdə cari ilin yanvar-fevral aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 4 mlrd. 508,8 mln. kubmetr qaz nəql edilib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 4,1% çoxdur.

2017-ci ildə “Şahdəniz” yatağıın işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində 7 mlrd. 314,2 mln. kubmetr Azərbaycan qazı ixrac edilib.

Interfax.az