logo

SOCAR Türkiyədə layihələrə $3 mlrd. investisiya yatırmağı planlaşdırır

SOCAR Turkiye Enerji şirkəti 2018-2020-ci illərdə Türkiyədə yeni layihələrin reallaşdırılmasına $3 mlrd. investisiya yatırmağı planlaşdırır.

Bunu SOCAR Turkiye Enerji şirkətinin baş direktoru Zaur Qəhrəmanov Anadolu agentliyinə müsahibəsində bildirib.

“Məlum olduğu kimi, SOCAR-ın Türkiyə iqtisadiyyatına ümumi investisiyaları $19,5 mlrd. həcmində qiymətləndirilir, bunun $12,6 mlrd.-ı artıq yatırlıb. Bu ölkədə reallaşdırılan layihələr başa çatdıqdan sonra yatırılan investisiyaların ümumi həcmi $16,5 mlrd.-a çatacaq. Qalan $3 mlrd. vəsait 2018, 2019 və 2020-ci illərdə yeni layihələrə yatırılacaq”, – Z.Qəhrəmanov qeyd edib.

O xatırladıb ki, SOCAR-ın Türkiyədə cari layihələrin reallaşdırılması uğurla davam edir, 2018-ci ildə isə ölkədə iki ən iri layihə – “STAR” NEZ və TANAP üzrə işlər başa çatacaq.

“TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz 2018-ci ilin iyul ayında tədarük olunacaq. Cari ilin sentyabr ayında “STAR” NEZ-də məhsulların istehsalına başlanacaq”, – Z.Qəhrəmanov vurğulayıb.

O həmçinin məlumat verib ki, 2019-cu ilin əvvəlində şirkət Türkiyədə yeni neft-kimya kompleksinin tikintisinə dair investisiya qərarı qəbul etməyi planlaşdırır və onu 2022-ci ilin sonunda başa çatdıracaq.

“Türkiyə – neft-kimya istehsalı sahəsi üçün yaxşı bazardır. Biz yeni investisiya layihələri üzərində çalışırıq. Dövlət bizə güclü dəstək verir. Türkiyə iqtisadiyyatının əsas problemi cari hesabın kəsiridir. SOCAR-ın layihələri, həmçinin “STAR” NEZ və TANAP, o cümlədən planlaşdırılan neft-kimya kompleksi cari hesabın kəsirinin azalmasına imkan yaradacaq”, – baş direktor qeyd edib.

Interfax.az

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart