Azərbaycan

SOCAR əməkdaşlarının maaşları 10% artırılıb

Bu il martın 1-dən etibarən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strukturlarında əmək müqaviləsi ilə çalışan bütün işçilərin aylıq vəzifə maaşları 10% artırılıb.

Report” xəbər verir ki, bu barədə Şirkətin sosial şəbəkələrdəki rəsmi səhifəsində qeyd edilib.Bildirilib ki, bundan başqa, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadın işçilərə 100 manat məbləğində mükafat təyin olunub.

Qeyd edək ki, SOCAR-da çalışan 51 min nəfərə yaxın işçinin 8500-ə yaxını qadındır.