Rusiya

Rusiya şist neft hasilatına başlayıb

Rusiyanın Yuqra vilayətində dünyanın ən böyük şist neft yatağının işlənməsinə başlanılıb. 

 “Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, “Bajenovskaya Svita” adlı yatağı alimlər 50 il öyrənib və burada təsdiq olunmuş neft ehtiyatlarının həcmi 100 mlrd. tondur.İlkin mərhələdə yataqdan ildə 10 mln. ton neft çıxarılması gözlənilir.

Hazırda ilk quyu qazılır. Onun dərinliyi 2 750 met olacaq. Yaxın zamanda daha 13 quyunun qazılması planlaşdırılır. Bu yataqda neftin 145 mln. il bundan qabaq yarandığı ehtimal edilir. Nefti çıxarmaq üçün daşlar su ilə deşiləcək.

Xatırladaq ki, ABŞ-ın bu ilin sonuna qədər neft hasilatını şist neftin hesabına sürətlə artıraraq Rusiyanı ötməsi və lider olması proqnozlaşdırılır. Hazırda ABŞ-ın gündəlik neft hasilatı 10,283 mln. barel/gün təşkil edir.