logo

“Petkim Holding”in mənfəəti 90% artıb

Views: 109

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding”in 2017-ci ilin yekunlarına dair maliyyə göstəriciləri açıqlanıb.

Şirkət aktivlərini 24% artırıbBu barədə “Report” Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasına (Kamuyu Aydınlatma Platformu – KAP) istinadən xəbər verir.

Məlumata görə, ötən il “Petkim Holding”in gəlirləri əvvəlki ilə nisbətən 62,4% artaraq  7,364 mlrd. lirə (təxminən 1,933 mlrd. ABŞ dolları) təşkil edib. 2017-ci ildə şirkətin xalis mənfəəti isə 1,389 mlrd. lirə (təxminən 365 mln. ABŞ dolları) olub ki, bu da 2016-cı illə müqayisədə 90% çoxdur.

Bu il yanvarın 1-nə “Petkim Holding”in aktivləri 7,789 mlrd. lirə (təxminən 2,05 mlrd. dollar) təşkil edib. Bu isə ötən il yanvarın 1-nə nisbətən 24,2% çoxdur.

Qeyd edək ki, SOCAR 2008-ci ildə “Petkim”in 51%-lik səhm paketini 2,04 mlrd. dollara alaraq Türkiyədəki fəaliyyətinə başlayıb. Şirkətin qalan səhmləri isə İstanbul Fond Birjasında (“Borsa İstanbul”) dövriyyədədir. “Petkim”in səhmlərinin qiyməti bu ilin əvvəlindən 4% artaraq 8,11 lirəyə çatıb. Ötən il isə qiymətli kağızların dəyəri 2,3 dəfə artım nümayiş etdirib.

“Petkim” Türkiyənin ilk və yeganə neft-kimya kompleksi və Egey bölgəsinin ən böyük ixracatçısıdır.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart