2017-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz Emalı Zavodunda (QEZ) 2 918,3 mln. kubmetr təbii qaz emal olnub.
“Report“un məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.
Məlumata əsasən, bu həcmdə təbii qazdan 2 866,67 mln. kubmetr təmizlənmiş quru qaz, 11,9 min ton texniki butan və 20,1 min ton qaz benzini istehsal edilib.
Qaz benzini və texniki butanın 48%-i xammal olaraq SOCAR-ın neft emalı və neft-kimya müəssisələrinə verilib, texniki butanın 52%-i isə daxili bazara satılıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin hesabatı Milli Məclisə təqdim olunub. Sənəd parlamentin martın 16-da keçiriləcək plenar iclasda müzakirə ediləcək.