logo

OPEC-in fevral ayındakı hasilat həcmi son 10 ayın minimumuna düşüb

Views: 32

Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) fevral ayı üzrə gündəlik neft hasilatının həcmi 32,28 mln. barel təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 80 min barel və yaxud 0,25% azdır. 

Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi neft şirkətlərinin nümayəndələri və analitiklər arasında keçirdiyi sorğu əsasında məlumat yayıb.

Məlumata görə, OPEC-in fevral ayındakı hasilat həcmi 2017-ci ilin aprel ayından etibarən ən aşağı səviyyəyə düşüb. Səudiyyə Ərəbistanı hasilatı 80 min barel/gün, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 50 min barel/gün, Venesuela isə 30 min barel/gün azaldıb. Liviya isə hasilatı 70 min barel/gün və yaxud 7,1% artaraq 1,05 mln. barel/günə çatdırıb. Bu, son 5 ilin maksimal hasilat göstəricisidir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart