Bu ilin oktyabrında “Ümid” yatağında növbəti quyunun istismara verilməsi nəzərdə tutulub.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, SOCAR, ilk dəfə olaraq, öz gücü hesabına 2012-ci ildə “Ümid” qaz-kondensat yatağını sənaye işlənməsinə daxil edib.
Hazırda yataqda 2 istismar quyusu fəaliyyət göstərir. Bu ilin oktyabr ayında qazma işləri aparılan növbəti quyunun istismara verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Ümid” yatağı dövlət müstəqilliyi bərpa edildikdən sonra kəşf olunan ilk yataqdır.