logo

Norveçin “Statoil” şirkətinin adı dəyişəcək

Views: 53

Norveçin “Statoil” şirkəti, adını dəyişdirərək “Equinor” qoymağa hazırlaşır. 

Norveç hökuməti təşəbbüsü dəstəkləyibReport” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu təkliflə şirkətin direktorlar şurası çıxış edib.

Təklif şirkətin səhmdarlarının mayın 15-də keçiriləcək llik iclasında irəli sürüləcək. Əsas səhmdarı olan Norveç hökuməti təşəbbüsü dəstəklədiyini və lehinə səs verəcəyini bildirib.

Adın dəyişdirilməsi ilə bağlı ideya müəllifləri düşünür ki, bu addımla “şirkətin nəhəng energetika sektoru iştirakçısı olma yolunda strategiya və inkişafı dəstəklənəcək”.  Qeyd edək ki, “Equinor” sözünün mənasi, “equi”- bərabər və “nor”- şirkətin Norveçə aid olduğunu əks etdirən deməkdir.

Xatırladaq ki, “Statoil” şirkəti Azərbaycanın neft-qaz sektorunda fəal iştirakçılardan biridir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart