logo

Neft Azərbaycanın ixracının 82%-i, neft məhsulları isə 4%-i təşkil edir

Views: 453

2018-ci ilin yanvar-fevral aylarında xam neft ixracı Azərbaycanın ümumi ixracının 82,67 faizini, təbii qaz 1,33 faizini, neft məhsulları isə (2710 mal kodu üzrə) 4,84 faizini təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Bundan əlavə, cari ilin ilk 2 ayında Azərbaycandan 217 min 283 ton (2710 mal kodu üzrə) neft məhsulları ixrac edilib. Yanvar-fevral aylarında ixrac edilən neft məhsullarının dəyəri 107 milyon 7 min ABŞ dolları olub.

Qeyd edək ki, ötən ilin yanvar-fevral aylarında ölkədən 117 min 963 ton neft məhsulları ixrac olunub, həmin ixracın dəyəri isə 46 milyon 331 min dollar təşkil edib.

Beləliklə də, bu ilin ötən iki ayında Azərbaycandan ixrac edilən neft məhsullarının həcmi 2017-ci ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyədək artıb.

Comments: 0

0

Your Cart