logo

Hava şəraiti ilə əlaqədar min nəfərdən çox neftçi təxliyyə olunub

Views: 41

Hava şəraiti ilə əlaqədar “Azneft” İstehsalat Birliyi üzrə 1000 nəfərdən çox işçi təxliyyə edilib.

SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədov AZƏRTAC-a bildirib ki, martın 30 və 31-də açıq dənizdə arabir 30 m/s-dən yüksək sürətli küləyin gözlənilməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə “Azneft” İstehsalat Birliyi tərəfindən dəniz NQÇİ-lərinin bütün sahələrinə hava haqqında telefonoqramma göndərilib.

Bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində bütün işlərin maksimum mümkün dərəcədə məhdudlaşdırılması, nəqliyyat və işçilərin estakada və ya özülün istehsalat sahələrində hərəkət etməsinə məhdudiyyət qoyulması, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında bütün sahələrə göstərişlər verilib. İdarə aparatı və sahələrdə növbətçilik təşkil olunub. Dəniz neft-qazçıxarma obyektlərində yalnız mütləq zərurət tələb etdiyi qədər növbətçilər saxlanılıb. Hava və dəniz nəqliyyatları vasitəsi ilə ümumi 1000 nəfərdən çox işçilərin sahilə çıxarılması üçün tədbirlər görülüb.

Bundan əlavə mümkün fövqəladə vəziyyətə cavab olaraq digər təşkilat və qurumlarla birgə əlaqəli tədbirlərin həyata keçirilməsi və mövcud vəziyyətin daimi nəzarətdə saxlanılması davam edir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart