Energetika Nazirliyi enerji effektivliyi haqqında qanun layihəsi üzərində işi başa çatdırıb
Energetika Nazirliyi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsi üzərində işi başa çatdırıb.
Bunu energetika naziri Pərviz Şahbazov deyib.
“Avropa İttifaqının EU4Energy proqramı çərçivəsində “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsi üzərində iş başa çatdırılıb. Qanun layihəsi üzərində iş Beynəlxalq Enerji Xartiyası ilə əməkdaşlıqda aparılıb. Hazırda sənəd idarələrarası təsdiq prosedurundan keçir”, – P.Şahbazov cümə axşamı qanun layihəsinin müzakirəsinə həsr olunan dəyirmi masada bildirib.
Nazirin sözlərinə görə, sənəd beynəlxalq standartlara uyğun səviyyədə hazırlanıb və elektrik enerjisinin istehsalı, paylanması, satışı və istehlakı prosesində enerji effektivliyinin artırılmasına yönəlib.
“İndiyədək Azərbaycan enerji effektivliyi sahəsində bir sıra tədbirlər həyata keçirib. Bura elektrik stansiyalarının fəaliyyətinin optimallaşdırılması, elektrik şəbəkələrində itkilərin azalması, alternativ və bərpa olunan elektrik enerjisi mənbələrinin inkişafı daxildir. Lakin, ilkin vəzifə qanunvericilik bazasının hazırlanmasıdır və qanun layihəsi məhz enerji effektivliyi sahəsində məsələlərin həllinə yönəlib”, – P.Şahbazov qeyd edib.
O əlavə edib ki, qanun layihəsi 2016-cı ilin dekabr ayında Azərbaycan prezidentinin təsdiq etdiyi Azərbaycan Respublikasındakommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi çərçivəsində hazırlanıb.
Həmçinin P.Şahbazov məlumat verib ki, yeni yaradılan Enerji MəsələləriniTənzimləmə Agentliyinin fəaliyyəti Azərbaycanda enerji resurslarının effektiv istifadəsi məsələlərinin həllinə öz töhfəsini verəcək.