Azərbaycan Beynəlxalq Energetika Xartiyasına qoşulur.
Bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib. “Azərbaycan Beynəlxalq Energetika Xartiyası ilə əməkdaşlıqda maraqlıdır və bu gün hökumətin adından ölkəmizin bu təşkilata qoşulmasına dair məktub təqdim edirəm”, – P.Şahbazov cümə axşamı tədbirdə bildirib.
Nazir məlumat verib ki, 1994-cü ildə Azərbaycan Avropa Energetika Xartiyasına qoşulub, lakin 21 mat 2015-ci il yarixində Haaqa Bəyannaməsinin qəbulu ilə bu təşkilat beynəlxalq status əldə edib.
“Hələlik biz enerji səmərəliliyi sahəsində milli qanunvericiliyin hazırlanması məsələsində Beynəlxalq Energetika Xartiyası ilə əməkdaşlıq edirik. Lakin 2016-cı ildə təsdiq olunmuş Strateji Yol Xəritəsi çərçivəsində yeni enerji strategiyasının hazırlanmasına dair əməkdaşlığa hazırıq”, – nazir vuğrulayıb. Azərbaycan təşkilatın 87-ci üzvü olub.