logo

EIB TANAP-a $1.15 mlrd. kredit ayırıb

Views: 165

Martın 15-də Avropa İnvestisiya Bankının (EIB) Direktorlar Şurası Trans-Anadolu Boru Kəmərinin (TANAP) inşasının maliyyələşdirilməsinə 932 mln. avro məbləğində kreditin ayrılmasını təsdiqləyib.

Bu barədə bankdan məlumat verilib. “Martın 15-də EIB-in Direktorlar Şurası detallı qiymətləndirmədən sonra TANAP-ın inşasının maliyyələşdirilməsinə 932 mln. avro məbləğində kreditin ayrılmasını təsdiq edib”, – bankın məlumatında bildirilir.

Bununla belə, bank kredit üzrə benefisiar qismində kimin çıxış etdiyini qeyd etmir.

Məlumatda vurğulanır ki,öncə bu layihə üçün Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Dünya Bankı və Asiya İnfrastruktur və İnvestisiya Bankı (AIIB) da kredit ayrılmasını təsdiqləyib.

Xəbər verildiyi kimi, TANAP-ın inşasının maliyyələşdirilməsinin ümumi dəyəri $8,6 mlrd. səviyyəsində qiymətləndirilir.

Interfax.az

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart