Maraqlı Xəbərlər

“Chevron”: 2035-ci ildə LNG-yə tələbat 600 mln tona çatacaq

ABŞ-ın ən böyük ikinci neft şirkəti olan “Chevron” 2035-ci ildə mayeləşdirilmiş təbii qaza (liquefied natural gas-LNG) olan tələbatın illik 600 milyon tona çatacağını nəzərdə tutur.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Bildirilir ki, Avstraliyada “Gurgon” və “Wheatstone” LNG layihələrinin sahibi olan “Chevron” 2035-ci ildə dünya LNG bazarında tələbatın illik 600 milyon tona çatacağını gözləyir. Lakin 2035-ci ildə qlobal LNG bazarında təklif tələbatın yarısı qədər olacaq.

Şirkətin rəhbər şəxslərindən olan Pierre Breber deyib: “Çində LNG tələbatı kömürdən təbii qaza keçidlə əlaqədar böyük həcmdə artır. Buna görə də Çin yanvar ayında rekord həcmdə LNG idxal edib”.