1 mart 2018-ci il tarixinə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin (İB) abonentlərinin sayı 2 mln. 113,849 min təşkil edir.
Bu barədə İB-dən məlumat verilib.
“Cari ilin fevral ayında İB-də əhali sektoru üzrə 7,531 min yeni abonent qeydiyyata alınıb ki, bunun da 4,033 mini Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 3,498 mini isə regionların payına düşüb”, – deyə məlumatda bildirilir.