logo

ABŞ-da aktiv neft quyularının sayı artaraq 800-ə çatıb

Views: 38

ABŞ-da aktiv neft quyularının sayı artaraq 800 ədədi ötüb. Quyuların sayı 17-23 mart həftəsində 4 ədəd və yaxud 0,5% artaraq 804-ə çatıb.

Aktiv neft quyularının sayında artım davam edirReport” xəbər verir ki, bu barədə ABŞ-ın “Baker Hughes” şirkəti məlumat yayıb.

Bundan əvvəlki hesabat həftəsində də aktiv quyuların sayı 4 ədəd artmışdı. Hesabat dövründə ölkədə aktiv qaz quyularının sayı isə 1 ədəd və yaxud 0,53% artaraq 190 ədədə çatıb. Son nəticədə fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı 5 ədəd və yaxud 0,5% artaraq 995 ədəd təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə ABŞ-da aktiv neft quyularının sayı 152 ədəd və yaxud 23,31%, aktiv qaz quyularının sayı 35 ədəd və yaxud 22,58%, ümumilikdə isə fəaliyyətdə olan neft-qaz quyularının sayı 186 ədəd və yaxud 22,99% artıb.

Xatırladaq ki, 2017-ci il mayın 25-də ABŞ-da aktiv neft quyularının sayı 316 ədəd olub, bu da son 8 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimumdan 2,54 dəfə çoxdur. Bu göstərici rekord həddə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 2 dəfə aşağıdır.

Qeyd edək ki, 10-16 mart son hesabat həftəsində ABŞ-ın neft hasilatının gündəlik həcmi 31 min barel və yaxud 0,3% artaraq 10,4 mln. barel təşkil edib və növbəti rekord səviyyəyə yüksəlib.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart