logo

“Türk axını” layihəsinin xərci artıb

Views: 14

“Türk axını” boru kəmərinin inşası layihəsinin icrası 7 mlrd. ABŞ dollarına başa gələcək.

Report” xəbər verir ki, bunu “Gazprom” şirkəti İdarə Heyətinin sədr müavini Andrey Kruqlov Londonda investorlarla keçirilən görüşdə bildirib.

“İlkin olaraq, layihənin dəyərinin 6 mlrd. dollar olacağını hesab edirdik, indi isə, təxminən, 7 mlrd. dollar qiymətləndiririk”, – deyə A.Kruqlov deyib.

“Gazprom” rəsmisi layihə maliyyələşdirilməsinin mümkünlüyünü istisna etmədiklərini qeyd edib: “Lakin hazırkı reallığa əsasən, “Türk axını” boru kəmərinin tikintisi böyük ehtimalla “Gazprom”un vəsaiti və sonra “Şimal axını 1” layihəsində olduğu kimi xüsusi istiqrazlar hesabına maliyyələşdiriləcək”.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart