Azərbaycan

TANAP qaz kəməri iyulda istismara veriləcək

2018-ci ilin iyul ayında Trans-Anadolu (TANAP) qaz kəmərinin istismara verilmə mərasimi keçiriləcək.

Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında çıxışı zamanı bildirib.

Daha əvvəl prezident İlham Əliyevlə görüş zamanı türkiyəli nazir bildirib ki, yanvar ayında TANAP layihəsinin icrası çərçivəsində sınaq işlərinə başlanılıb.

“Prezident İ.Əliyev TANAP layihəsinin icrasının artıq yekunlaşmaqda olduğunu vurğulayıb. O, tezliklə “Şahdəniz-2” yatağından qazın hasil olunmasına və borulara ötürülməsinə başlanılacağını bildirib”, – deyə dövlət başçısının saytında qeyd olunur.

Interfax.az