logo

TANAP boru xətti necə çəkilib – VİDEO

Views: 60

Cənub Qaz dəhlizinin əsas hissəsi olan TANAP qaz boru kəmərinin “Faza 0” hissəsi (Gürcüstan Türkiyə sərhədindən Eskişehir yaşayış məntəqəsinədək) üzrə 1350 km məsafə üzrə tikinti işlərinə dair  TANAP A.Ş. (boru kəmərinin tikintisi və istismarına məsul şirkət) video çarx hazırlayıb.

Caspian Barrel onu oxucularının diqqətinə təqdim edir:

Xatırladaq ki, TANAP boru kəmərinin tikintisi üzrə müqavilə 2012-ci ilin iyun ayında imzalanıb. Tikinti işlərinə 2015-ci ilin avqust ayında başlanılıb. Kəmərin ilkin fazası üzrə tikinti işləri 2017-ci ilin sonlarında yekunlaşıb və 2018-ci ilin yanvar ayında qazla test-sınaq işləri başlayıb. Cari ilin yayında kəmərlə Türkiyəyə “Şahdəniz-2” layihəsi çərçivəsində ilk qazın çatdırılması planlaşdırırlır. Kəmərin ümumi uzunluğu 1850 km, buraxıcılıq qabiliyyəti ilkin mərhələdə 16 mlrd kub metr, sonrakı mərhələlərdə isə 31 mlrd kubmetrə qədər artırıla bilər.

TANAP-ın ildə 16 mlrd kub metr qaz ötürmək imkanı olan mərhələsinin qiyməti 8 milyard ABŞ dolları dəyərindədir.

TANAP-ın səhmdarları: SOCAR (operator – 58%), BOTAS (30%) və BP (12%).

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart