Azərbaycan

Şefçoviç: “Aİ “Cənub Qaz Dəhlizi” layihəsinə xüsusi önəm verir”

“Cənub Qaz Dəhlizi” layihə üzrə görülən işlər cədvələ uyğunhəyata keçirilir. Bunu Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç deyib.

“Layihə üzrə görülən işlər cədvələ uyğunaparılır”, – M.Şefçoviç bu gün Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında çıxışında deyib.

O, enerji təhlükəsizliyinin Avropada getdikcə daha böyük prioritet daşıdığını vurğulayıb. “Aİ “Cənub Qaz Dəhlizi” layihəsinə xüsusi önəm verir. Bu layihə çərçivəsində ilk qazın bu il Türkiyəyə nəqli, 2020-ci ildə isə Avropaya çatdırılması planlaşdırılır”, – M.Şefçoviç qeyd edib.

O, həmçinin layihə çərçivəsində səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edib.

Azərbaycan prezidenti İlham Əliyev öz növbəsində layihənin reallaşdırılması nöqteyi-nəzrindən Ankara, Bakı və Tbilisinin əməkdaşlığının əhəmiyyətini qeyd edib. “Ankara, Bakı və Tbilisi arasında əməkdaşlıq olmadan vacib beynəlxalq layihələrin icrası mümkün olmazdı”, – İ.Əliyev çıxışında vurğulayıb.

Onun sözlərinə görə, “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması Azərbaycanın strateji məqsədidir. “Bu layihənin həyata keçirilməsi enerji ehtiyatlarının istifadəsi, insan kapitalı və infrastrukturun yaradılmasına uzunmüddətli töhfə verəcək. Layihənin reallaşdırılmasına dair işlər həlledici mərhələdədir”, – prezident bildirib.

Interfax.az