Azərbaycan

“Şahdəniz” layihəsi üzrə xarici sərmayəçilər Neft Fonduna əlavə bonus ödəyib

“Şahdəniz” layihəsi çərçivəsində xarici sərmayəçilər tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) 0,108 milyon ABŞ dolları məbləğındə əlavə bonus ödənilib.

ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildirilib ki, 2007-ci ildən bu vaxtadək isə Dövlət Neft Fondu “Şahdəniz” yatağının işlənməsi layihəsindən 2 milyard 506 milyon ABŞ dolları gəlir əldə edib.