Azərbaycan

“Şahdəniz”dən 2017-ci ildə 10,2 mlrd m3 təbii qaz çıxarılıb

Keçən il “Şahdəniz” yatağından 10,2 milyard standart kubmetr təbii qaz və 2,4 milyon ton (təqribən 19 milyon barrel) kondensat hasil olunub.

Bu barədə“BP-Azerbaijan” şirkətindən məlumat verilib. Bildirilib ki, mövcud “Şahdəniz” qurğularının maksimum hasilat gücü hazırda gündəlik 30 milyon standart kubmetr və ya ildə təqribən 10,9 milyard kubmetrdir.

“Şahdəniz” yatağı Azərbaycan (SOCAR-a), Gürcüstan (“GOGC” şirkətinə) və Türkiyə (“Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə etibarlı şəkildə qaz çatdırılmasına davam edib.

Ötən il “Şahdəniz” üzrə fəaliyyətlərə təqribən 451 milyon dollar əməliyyat və 2,88 milyard dollar isə əsaslı xərclər sərf olunub. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz Mərhələ 2” layihəsinə aiddir.

“Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8 faiz), AzŞD (10 faiz), “SGC Upstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKOIL” (10 faiz), “NICO” (10 faiz) və “TPAO” (19 faiz).

Azertag.az