Rusiya

Rusiya Mərkəzi Bankı: Neftə tələbat növbəti onilliyin ortalarında azalacaq

Elektromobillər neftə tələbatı 2020-ci illərin ortalarında azalda bilər.

Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının Tədqiqatlar və araşdırmalar departamentinin hazırladığı bülletenində qeyd olunub.

Departamentin araşdırmalarına görə, avtomobil nəqliyyatı tərəfindən neft istehlakının dinamikasına elektromobil bazarının inkişafı təsir edəcək. Əksər ssenarilər 2020-ci illlərin ortalarında avtomobil nəqliyyatı tərəfindən neft istehlakının pik həddə çatacağını göstərir. Elektromobil bazarının sürətli inkişafı və yanacaq sərfiyyatında qənaətin gücləndirilməsi pik dövrünün daha tez çatmasına səbəb ola bilər.

Rusiya Bankının bülletenində qeyd olunur ki, məcmu tələbin 11%-ni təşkil edən hava və dəniz daşımaçılığında neftə tələbat artmaqda davam edəcək: “Həmçinin məcmu tələbin 45%-ni təşkil edən neft-kimya sənayesində də tələb artacaq. Bu səbəbdən neftin qiymətinə proqnoz vermək xeyli çətinləşir”.