Qazaxıstan

Qazaxıstan neft hasilatını 25% artırmağı planlaşdırır

Qazaxıstan neft və qaz kondensatı hasilatını 2025-ci ilə kimi 107,3 mln. tona (783 mln. barel) çatdırmağı planlaşdırır. 

Bu barədə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin sərəncamı ilə təsdiq olunan ölkənin Strateji İnkişaf Planında bildirilir.

Qeyd edək ki, 2017-ci ildə Qazaxıstanda neft və qaz kondensatı hasilatı 86,2 mln. ton (629 mln. barel) təşkil edib və bu, illik müqayisədə 10,5% çoxdur. 2025-ci ilə kimi isə hasilatın 2017-ci illə müqayisədə 24,5% artırılması nəzərdə tutulub.

Sənəddə qeyd olunub ki, hasilatda artım “Kaşaqan” yatağının işlənməsi və “Tengiz” yatağının genişləndirilməsi hesabına baş tutacaq.

Xatırladaq ki, 2017-ci ilin iyul ayında Qazaxıstanın energetika naziri Kanat Bozumbayev ölkəsinin OPEC+ anlaşmasından tədricən çıxmasını dəstəklədiyini bildirib.

Report.az