Azərbaycan

“Qarabağ” yatağı üzrə ƏMTQ sənədi ictimaiyyətə təqdim ediləcək

“Qarabağ” yatağı üzrə ətraf mühitə təsirlərin qiymətləndirilməsi (ƏMTQ) sənədi ictimaiyyətə təqdim olunacaq.

SOCAR-ın “Azneft” İstehsalat Birliyindən bildirilib ki, “28 May” neft və qazçıxarma idarəsinin (NQÇİ) “Qarabağ” yatağı akvatoriyasında qiymətləndirmə quyusunun qazılması layihəsi üzrə hazırlanmış ƏMTQ sənədi ilə əlaqədar maraqlı tərəfləri ictimai dinləmə keçiriləcək. İctimai dinləmə martın 2-də saat 10:00-da Neftçilər prospekti 73 ünvanında yerləşən “Azneft” İB-in inzibati binasının akt zalında təşkil ediləcək. Görüş “Azneft” İB və Ekologiya İdarəsi tərəfindən təşkil olunur. Bütün maraqlı şəxslər tədbirə dəvət olunur.

Tədbirdə SOCAR-ın Ekologiya İdarəsinin və “Azneft” İB-nin mütəxəssisləri tərəfindən layihə haqqında ətraflı məlumat veriləcək, iştirakçıların sualları cavablandırılacaq və təklifləri dinləniləcək. Dinləmələr, ictimaiyyətə “Qarabağ” yatağı akvatoriyasında qiymətləndirmə quyusunun qazılması layihəsi ilə əlaqədar ətraf mühitə təsirlər barədə məlumat əldə etməyə və layihə ilə əlaqədar sualların cavablandırılmasına imkan yaradacaq.

Azertag.az