Maraqlı Xəbərlər

Neftin qiyməti bahalaşmaqda davam edir

Dünya birjalarında neftin qiyməti bahalaşır.

AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,52 dollar artaraq 65,36 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,75 dollar bahalaşaraq 62,43 dollar təşkil edib.