Maraqlı Xəbərlər

Neftin qiyməti bahalaşır

Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.

AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,55 dollar artaraq 63,34 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,63 dollar bahalaşaraq 59,83 dollar təşkil edib.