logo

IAP qaz kəməri Qərbi Balkanda iqtisadi əməkdaşlığı gücləndirəcək

Views: 46

İonik-Adriatik Boru Kəmərinin (Ionian-Adriatic Pipeline – IAP) inşası Qərbi Balkan ölkələrində iqtisadi əməkdaşlığı inkişaf etdirəcək.

Report” xəbər verir ki, bunu Monteneqronun Baş naziri Duşko Markoviç Londonda keçirilən Qərbi Balkanlar İnvestisiya Sammitində bildirib.

Baş nazir qeyd edib ki, IAP-ın inşası və dəmiryolu infrastrukturunun təkmilləşdirilməsi region üçün prioritet layihələrdir: “Çünki bu layihələr regionda iqtisadi inteqrasiya üçün bir şərtdir”.

Qeyd edək ki, IAP layihəsinin Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilməsi nəzərdə tutulur. IAP-ın Xorvatiya ərazisində 249 km, Monteneqroda 95 km, Albaniyada isə 167 km uzunluğunda inşası planlaşdırılır. Boru kəmərinin ötürücülük gücünün illik 5 mlrd. kubmetr olması nəzərdə tutulur.

2016-cı ilin avqust ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Xorvatiya, Albaniya, Bosniya və Herseqovina, Monteneqro arasında IAP layihəsinin gələcək inşası üzrə Anlaşma Memorandumu imzalanıb.

Bu il fevralın 15-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin IV toplantısı zamanı İonik-Adriatik Boru Kəmərinin layihələndirilməsi üçün yeni şirkətin təsis olunması barədə razılıq əldə olunub. Layihələndirmə şirkətinin təsis olunmasına dair niyyət məktubunu Albaniyanın “Albgaz” şirkətinin icraçı direktoru Gençi Gjeçi, Monteneqronun “Monteneqro Bonus” şirkətinin icraçı direktoru Aleksandr Kaçelan və Xorvatiyanın “Plinacro” şirkəti İdarə Heyətinin üzvü Daria Kristiçeviç imzalayıblar. Layihədə SOCAR texniki məsləhətçi qismində çıxış edir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart