Maraqlı Xəbərlər

Fransa bankı “Societe Generale” neftin qiymətinə dair proqnozunu yüksəldib

Fransa bankı “Societe Generale” neftin qiymətinə dair proqnozunu artırıb.

AZƏRTAC xəbər verir ki, bank 2018-ci ildə “Brent” markalı neftin bir barrelinin orta qiymətinə üzrə proqnozunu 62 dollardan 66 dollara artırıb.

“Societe Generale” bu il üçün “Light” neftinin orta qiymətinə dair proqnozunu isə 58 dollar/barreldən 62 dollar/barrelə yüksəldib.

Bank hesab edir ki, ABŞ-da neft hasilatının hazırkı artımı proqnozları üstələsə də, Venesuelanın istehsalındakı azalma da proqnozları qabaqlayır. Qeyri-OPEC ölkələrində neft hasilatında ciddi artım olacağı proqnozlaşdırılır.

Lakin OPEC+ anlaşmasının ilin sonuna qədər davam etməsi və dünya iqtisadiyyatında artımın sürətlənməsi əlavə neftin yaradacağı mənfi effekti kompensasiya edəcək. Bundan başqa, 2018-ci ildə neft bazarında tarazlıq bərpa olunacaq.