Rusiya

BP: Rusiya 2040-cı ilədək dünyanın ən böyük əsas enerji ixracatçısı olacaq

2040-ci ilə qədər Rusiyanın dünyanın ən böyük əsas enerji ixracatçısı olacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə BP-nin “Energy Outlook” hesabatında deyilir.

BP-nin hesabatına görə, 2040-cı ilədək ABŞ-ın neft və qaz ixracı 360 milyon ton, Rusiyanın bu enerji növləri üzrə ixracının həcminin isə 780 milyon ton olması nəzərdə tutulur.

Eyni dövrdə Avropanın Rusiyanın enerji mənbələrindən asılılığı daha da artacaq və Rusiya qitənin ümumi enerji idxalının yarıya qədərini təmin edəcək.