logo

BP: 2030-cu ildə qlobal neft tələbatı maksimuma çatacaq

Views: 81

2030-cu ildə qlobal neft tələbatı kəskin artacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə BP-nin “Energy Outlook” hesabatında deyilir.

Bildirilir ki, son illərdə elektrik enerjisi ilə çalışan nəqliyyat vasitələrinin sayının artmasına baxmayaraq, benzinlə işləyən nəqliyyat vasitələri 2016-cı ildə gündəlik 18,7 milyon barrel neft istehlak edib ki, bu da 2040-cı ilə qədər eyni səviyyədə qalacaq. BP-nin hesablamalarına görə, qlobal enerji istehlakında bərpaolunan enerji mənbələrinin payı hazırda 4 faizdir və 2040-cı ildə 14 faizə qədər artacaq.

Şirkətinin baş icraçı direktoru Robert Dadli deyib: “Qlobal səviyyədə karbon emissiyasını azaltmaq üçün daha qətiyyətli bir plan həyata keçirmək lazımdır”.

BP-nin baş iqtisadçısı Spencer Dale isə bildirib ki, sürücüsüz avtomobillər çoxaldığı zaman nəqliyyat xərcləri 40-50 faiz azalacaq. 2030-cu ildə birgə istifadə edilən nəqliyyat vasitələrinin sayında kütləvi artım gözlənilir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart